Şou-biznes

Xalq artisti Teymur Əmrahı otağından niyə qovub?

22 Mart 2023 19:52
Baxış: 1 982
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Əməkdar artist Teymur Əmrah "Gül kimi şou" proqramında Xalq artisti Müslüm Maqomayevlə aralarında olmuş maraqlı bir hadisə barədə danışıb.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, ifaçı Müslüm Maqomayevin onu qrim otağından qovduğunu etiraf edib.

"Müslüm Maqomayev çoxlu "Marlboro" siqareti çəkirdi. Həm də dayanmadan. Heydər Əliyev sarayında qrim otağındaydıq. Ona yaxınlaşdım ki, məni dinləsin, səsimə qiymət versin. Səsimə qulaq asdı. Kimlərdən dərs aldığımı soruşdu. Danışa - danışa siqaretin birini bitirmədən o birini yandırırdı. Heyrətlənib dedim ki, mənə elə gəlir, siz həddindən artıq siqaret çəkirsiniz. Elə başa düşdü ki, mən ona ağıl verirəm. Dedi ki, "Məni gördün? İndi dur burdan rədd ol". O, bir qədər başqa formada dedi, onu deyə bilmərəm"- deyə müğənni gülə - gülə bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.