Şou-biznes

Keçmiş həyat yoldaşından prodüser Təranə ilə bağlı AÇIQLAMA: Zəng vurub... - FOTO

12 Mart 2023 21:53
Baxış: 3 513
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Zəng etdi, səsini eşidəndə telefonu bağladım. Ondan çəkdiyimi çəkmişəm. Neçə dəfə yığdı, gördüm insan pis vəziyyətdədir. Bacardığım qədər Təranəyə əl tutdum. Balasına xatir, bunu etdim".

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Kərim Abbasov hazırda həbsdə olan prodüser, keçmiş həyat yoldaşı Təranə Səmədovadan danışıb. İfaçı bildirib ki, Təranə həbs edilməzdən əvvəl ona da zəng vurub. O, jurnalistin "1500 manat maddi yardım etmisən" sualına belə cavab verib:

"Danışmayaq, bizim aramızda baş verib. Düzdür... Keçmişdə qalan keçmişdə qalıb. Yaram, mənimdir. Özünə görə yox, balalarına xatir əl tutdum. O, həbsdən çıxana qədər də balalarına maddi və mənəvi əl tutmağa hazıram. Allah qapısını açsın. Keçmişdə olanı, keçmişdə saxlayıram. Ürəyim onun balalarına yanır, özünə yox. İnsan ağılsızlıq etdi. Təranənin mənə çəkdirdiyini danışsam, ağlayarsınız. Ona halallıq verməyim mümkün deyil".

Qeyd edək ki, Kərim və Təranə ailəli olub və qalmaqallı şəkildə ayrılıb.  

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.