Şou-biznes

Bakıda aparıcının avtomobili qarət edildi - FOTO

9 Mart 2023 14:11
Baxış: 1 802
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda tanınmış radio aparıcısı Famil Məcidlinin avtomobilindən oğurluq edilib.

Bu barədə qafqazinfoya məlumat verən aparıcı hadisənin martın 8-də saat 20:30 radələrində Nəsimi rayonu ərazisində baş verdiyini bildirib: "Metronun "Memar Əcəmi" stansiyası yaxınlığında parkladığım "Kia Sportage" markalı avtomobilimin sağ yan şüşəsini "sveça" adlanan alətlə sındırıb, əl çantamı aparıblar. Kartlarımı, vəsiqələrimi və digər dəyərli əşyalarımı götürüblər".

F.Məcidli əlavə edib ki, hadisə barədə dərhal DİN-in 102 qaynar xətt xidmətinə zəng edib: "Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Bölməsinin əməkdaşları hadisə yerinə gəldi, əraziyə baxış keçirildi, ekspertiza barmaq izi nümunələri götürdü. Mənə təxminən 1000 manatdan yuxarı maddi zərər dəyib".

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.