Şou-biznes

Pərvin 650 minlik avtomobilindən danışdı - “Yaxınlaşırlar, deyirlər, kəməri taxmamısız, söyləyirəm ki, yazın” - VİDEO

7 Mart 2023 08:31
Baxış: 6 750
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Kimsə düşünür ki, nəyisə paylaşanda, göstərəndə, deyir ki, nəzərdən qorxuram. Mən isə bədnəzərdən güclənirəm. Deyirəm, əcəb edirəm. Maşın alandan sonra elə bil düşmənim daha çox artdı".

Milli.Az bildirir ki, bu sözləri "MTV Magazin"ə açıqlamasında aktrisa Pərvin Abıyeva deyib. 650 minlik avtomobilindən danışan Pərvin söyləyib ki, hələ də maşın üçün ödəniş edir:

"Allah mənə verdiyindən ətrafımdakılara qat-qat çoxunu versin ki, mənimkində, az varımda gözləri olmasın. Bədnəzərdən qorxmuram. Amma insanların dilinə düşməyi sevmirəm. Bu məsələdə də nömrə birəm. Maşını nağd almamışam, pulunu verib bitirməmişəm. Sevdiyim avtomobildir, hər nədirsə, mənimdir. Çox sürətli maşın idarə etməyi sevmirəm, hansısa rayona gedəndə sürətlə sürürəm. Cərimələrimin hamısını ödəyirəm. Yaxınlaşırlar, deyirlər, kəməri taxmamısız, söyləyirəm ki, yazın. Mən rüşvət verməmişəm, tələb olunmayıb. Bundan da yana deyiləm, bir cəzam varsa, cəriməm yazılır, ödəyirəm". (ölkə.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.