Şou-biznes

"Hər şeyim var, bircə yarım yoxdur"

4 Mart 2023 18:59
Baxış: 1 309
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Nə qədər rahat olsaq da, yarımız yoxdur. İnsan həyata cüt gəlib. Cütlük önəmlidir, bir-birinə motivasiya verir. Adəmlə Həvva bu dünyaya qovulublar və illər sonra qovuşublar. Onların tamamlanmasından bu cəmiyyət yaranıbsa, cütlük tamamlanmalıdır".

Milli.Az axşam.az-a istinadən bildirir ki, bu sözləri aparıcı Şəhriyar Əbilov "Xəbər-ətər" verilişində deyib. Şəxsi həyatından danışan Şəhriyar tənhalıqdan gileylənib:

"Ayaqdayam, səhnədəyəm, hər şey əladır. Qadınların diqqətində olan bir insanam. Amma o yoxdur, yarım yoxdur. İnsan yanında ona motivasiya verən birinin olmasını istəyir. Hər kəsin yarı var. İnsan üçün heç nə kifayət deyil. Bir zirvəyə çatanda doyursan və başqa şey istəyirsən".

Qeyd edək ki, Şəhriyar aktrisa Oksana Rəsulova ilə ailəli olub. Cütlük ötən il ayrılıb. Onların osman adlı övladı var.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.