Şou-biznes

Rusiyaya girişi qadağan olunan əməkdar artist malikanəsini satır - FOTO

4 Mart 2023 05:22
Baxış: 1 311
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiyaya 50 il müddətinə girişi qadağan olunan Ukraynanın Əməkdar artisti Svetlana Loboda Moskvadakı malikanəsini satışa çıxarıb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, mülk 650 milyon rubl müqabilində yeni sahibinə təqdim olunacaq. Bundan əlavə, malikanə ayda 1 milyon qarşılığında icarəyə də verilə bilər.

Lobodanın evi üç mərtəbədən ibarətdir. Buraya mətbəx, zal, 4 yataq, iki yemək, qonaq və bir neçə əlavə otaq, bilyard zalı, ofis, kitabxana, idman zalı, camaşırxana daxildir. Bundan başqa, mülkün ərazisində 3 maşınlıq qaraj, 12 avtomobillik dayanacaq, manqal sahəsi var. Ərazi 300-dən çox ağacla əhatələnib.

Eyni zamanda ifaçının Moskvada 3 otaqlı məzli də var.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.