Şou-biznes

Elgiz Mustafa Sandalın xalasından şikayət edibmiş - VİDEO

3 Mart 2023 16:47
Baxış: 1 946
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Aparıcı Elgiz Əkbərin növbəti açıqlaması maraq yaradıb.

Milli.Az olay-a istinadən xəbər verir ki, bu barədə öz verilişində danışan sənətçi Türkiyədə qaldığı vaxtlardan söz açıb:

"Mən Türkiyədə iki il yaşamışam. Onda şikayət etdim, çünki qaldığım evin altından pis qoxu gəlirdi. Sən demə, o mənzildə 200 pişik yaşayırmış. Bildirdim ki, bu iyi ilə mən yaşaya bilmirəm. Dedilər ki, evin sahibi xanım çox yaxşı insandır. O, müğənni Mustafa Sandalın xalasıdır. Tam təmirli evini pişiklərə bağışlayıb, həm də onlara baxmaları üçün köməkçilər tutub. Mən fəxr etdim ki, belə insanla qonşuyam. Xoş əməllərini biləndən sonra onunla yaxşı dost oldum".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.