Şou-biznes

"Çox böyük itki oldu..." - Sənət adamları Hacı Şahin haqda

2 Mart 2023 14:34
Baxış: 3 597
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xəbər verdiyimiz kimi, tanınmış ilahiyyatçı Hacı Şahin Həsənli vəfat edib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, sənət adamları onunla bağlı paylaşım edərək, xatirələrini bölüşüblər. 

Xalq artisti Brilliant Dadaşova paylaşımında "Bəzən yaxından tanıdığımız insanlar üçün ağlayırıq. Sözdə yox, özdə Allahın əlindən tutduğunu hiss edir qəlbimiz. Onun hikməti, zəmanəmizə xas olmayan mərifəti, dünyadan getmə qabiliyyəti, səssiz-səmirsiz..." deyə, qeyd edib. 

Aktyor Kamran Ağabalayev birlikdə olan şəkillərini yayımlayaraq, "Hacı, mən onsuz da 1 dəfə yetim qalmışdım..." sözlərini yazıb. 

Müğənni Hacı Nazim Məmmədov isə onun sonuncu statusunu yayımlayıb:

"Mən bu ağlamalı, mən bu gülməli... Dünyaya ağlayıb-gülməyə gəldim. Bir dünya tapılmaz bundan ölməli, mən də tamahlanıb ölməyə gəldim. Allah rəhmət eləsin". 

Müğənni Emma Ələkbərzadə isə Hacı Şahinlə bağlı paylaşımında "Mənim üçun çox pis xəbər oldu.... Hacı Şahin rəhmətə gedib. Gözəl, savadlı insan. Allah rəhmət eləsin" deyə, bildirib.

Müğənni Xatun Əliyeva da Hacı Şahinlə bağlı paylaşım edib. "Vay-vay, necə yanıb-yaxıldım bu üzücü xəbərə. Siz Allahını tanıyan hər kəs üçün doğma insan idiniz. O qədər sizə rəğbət bəsləyirdim ki, heyran idim. Çox böyük itki oldu, bütün Hacı Şahin sevənlərinə. Siz neçə-neçə insanı pis yoldan çəkindirirdiniz. Elə çıxışlar edirdiniz, məqamlara toxunurdunuz və onu o qədər savadlı, səmimi şəkildə diqtə edirdiniz ki, istər-istəməz yolunu azmış bir bəndə də sizə qulaq asırdı. Bu da hər natiqə xas deyildi. Siz seçilmişdiniz. Yenə də Allahın təqdiri. Ölüm haqdır, nə edə bilərik. Allah sizə rəhmət eləsin. Nurlar içində yatın, Allahın sevimli bəndəsi" deyə, ifaçı paylaşımında yazıb.

Əməkdar artist Elşən Cəbrayılov "Əxlaqlı insan idin, Hacı... Yerin cənnət olsun. Heç gözləmirdim" deyə, Hacı Şahinlə bağlı paylaşım edib.

Müğənni Xuraman Şuşalı "Günün ən üzücü xəbəri: Hacı Şahin rəhmətə getdi. Allah sizə rəhmət eləsin. Kaş bu xəbər yalan olaydı" sözləri ilə, onun ailəsinə başsağlığı verib. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.