Şou-biznes

Səidə Sultan: "Qız kimi düşünə bilmirəm" - VİDEO

27 Fevral 2023 15:27
Baxış: 2 029
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Məni heç kəs sıxa bilməz, təbiətimiz belədir. Azad insanlarıq, ailəm də belədir.

Milli.Az xəbər verir ki, bu sözləri müğənni Səidə Sultan "Atv şou xəbər"ə müsahibəsində deyib. Müğənni həm də bildirib ki, xanım olsa da, kişi kimi düşünür.

"Deyib gülürəm, amma özüm haqqında oğlan kimi fikirləşirəm, qız kimi düşünə bilmirəm", - sənətçi bildirib.

"Subaylıq sultanlıqdır. Bəs bu sultanlıq nə vaxta qədər davam edəcək" sualına isə sənətçinin cavabı belə olub:

"Məncə, ömrümün axırına qədər. İnanmıram ki, mənlə dolanan adam çıxsın. Bacılarımın uşaqları var. Onlarla 5-15 dəqiqə oturub sonra çıxıb gedirəm. Özüm bayquşam". (publika)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.