Şou-biznes

“Yaradan şahiddir ki, çox qazanmadım” - Fərda

23 Fevral 2023 22:09
Baxış: 1 059
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Aktyor Fərda Xudaverdiyev konsertlərdən çox gəlir əldə etmədiyini söyləyib.

Milli.Az olay.az-a istinadən xəbər verir ki ki, bu barədə o, "Səhər mərkəzi" verilişində danışıb, Fərda deyib ki, gələcək aylarda regionlarımızda konsert proqramları ilə çıxış edəcək:

"Digərləri konsert etmir, çünki bu işdə pul yoxdur. Hər şey pul demək deyil. Konsertin adı böyükdür. Amma böyük pullar yoxdur. Yaradan şahiddir ki, çox qazanmadım. Mən xidmət üçün yaradılmışam. İnsanların, müəyyən kütlənin üzünə gülüş bəxş etmək mənim missiyamdır.

Gəncliyimdən, 16-17 yaşlarımdan bu işdəyəm. Regionlara gedəndə yol pulu, səhnə mikrofon və sairə. Bunları nəzərə alanda böyük pullar deyil, azdır. İstərdim ki, bütün sənətçilərimiz regionlara getsin. Azərbaycan tək payaxtdan ibarət deyil. Rayonlarda da bizi izləyirlər".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.