Şou-biznes

"Həmin adam xəstə nəvəsini pulsuz qoyub" - VİDEO

23 Fevral 2023 22:21
Baxış: 1 137
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xəbər verdiyimiz kimi, Audiovizual Şura aparıcılığını Tarix Əliyevin etdiyi "Ümid ilə gəl" verilişinə görə MTV-yə xəbərdarlıq edib. 

Milli.Az Axşam.az-a istinadən xəbər verir ki, Tolik bununla bağlı açıqlama yayıb. O bildirib ki, bunu özü üçün uğur hesab edir:

"Bu, mənim uğurumdur. Bu günə qədər apardığım şou xarakterli verilişlərlə bağlı heç bir xəbərdarlıq almamışdım. Amma bu gün Audiovizual Şura mənim də sosial verilişimi nəzərdən keçirib, irad bildirirsə, bu, mənim gələcəkdə daha da təkmilləşməyimə səbəb olacaq.

Adını çəkdiyim şəxs şəhid qızını oğluna alıb, sonra dünyaya gələn nəvəsinin serebraz iflic olduğunu biləndən sonra boşatdırıb, aliment vermir, pulsuz qoyur və üstəlik özü də qanunsuz sələmə pul verirsə, mənim üçün o, cinayətkardır".

Tolik digər aparıcılara da söz ataraq "Bəzi aparıcılar başa düşür ki, 7 aydır bu sahədəyəm, amma uğurum var. Jurnalist deyiləm, ancaq bəzilərindən söz bazam çoxdur. Həm də fikrimi cəmləşdirmək, problemləri analiz etmək qabiliyyətim çoxdur. Digər sosial verilişlər kimi öndəyəm, gündəmdəyəm" deyə, bildirib. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.