Şou-biznes

Məşhur aktrisanın hesabını ələ keçirdilər - VİDEO

23 Fevral 2023 18:48
Baxış: 1 068
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyənin tanınmış aktrisası Pınar Altuğ sosial şəbəkə hesabında dələduzlara qarşı qəzəbli paylaşım edib.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, Türkiyədəki zəlzələdən zərərçəkənlərə həyat yoldaşı Yağmur Atacan ilə birgə yardımlar edən aktrisanın "Instagram" hesabı oğurlanıb.

Bundan başqa, Pınarın izləyicilərinə onun adından insanlara yardım adı altında linklər göndərilib. Vəziyyətlə bağlı P. Altuğ özü izləyicilərinə səslənib və deyib ki, heç kimə link göndərməyib:

"Bir neçə saatdır özünü bilməz bir beyinsizin törətdiyi əməl ilə məşğulam. Hər kəs bir şəkildə insanlara yardım əlini uzatmağa, kiməsə ərzaq, çadır, geyim və s. göndərməyə çalışarkən bir geri zəkalı bu zamandan yararlanıb hesabımı ələ keçirib, bəzilərinə mesaj atıb".

Daha ətraflı videoda:

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.