Şou-biznes

“Kaş ölərdim, bu günü yaşamazdım”

23 Fevral 2023 15:49
Baxış: 1 548
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Müğənni Xatun Əliyeva mərhum qardaşı - stilist Balaşla bağlı paylaşım edib.

Milli.Az olay-a istinadən xəbər verir ki, sənətçi bu gün qardaşının ölümündən 2 il keçdiyini vurğulayıb. Balaşla birgə fotolarını paylaşan ifaçı kədərini bildirib.

"22.02.2021... Səni itirdiyim o lənət gün. O gün elə bildim ki, dünya başıma yıxıldı. Sənin vəfatından artıq iki il keçdi, bu çox böyük acıdır. Kaş mən ölərdim, bu günü yaşamazdım. Həyat elədir ki, ölə-ölə də yaşayırsan. Amma bizdən asılı olmayan hadisələr baş verir. Allaha sığınıb yaşayırsan bu taleyi. Amma sən hər an mənimləsən. Yoxluğun bizi yandırsa da, həyatla, insanlarla mübarizə apararaq yaşayırıq", - deyə, Xatun qeyd edib.

Xatırladaq ki, Balaş xərçəng xəstəliyindən dünyasını dəyişib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.