Şou-biznes

"50-dən artıq yaşım var, gecdir, çox peşmanam" - VİDEO

21 Fevral 2023 02:44
Baxış: 2 699
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Saxta insanlar efirdə oturub dahi bir müğənni, aktyor haqqında danışanda mən orada otura bilmirəm. Saxtalığı sevmirəm, mahnıda da, aktyorluq oyununda da səmimi olacaqsan".

Milli.Az bizim.media-ya istinadən bildirir ki, bu sözləri Əməkdar artist Teymur Əmrah qonaq olduğu "Söhbət musiqidən gedir" verilişində deyib.

Efirlərə az çıxmasının səbəblərindən söz açan sənətçi bu sənətə gəlməsindən peşmançılıq çəkdiyini bildirib:

"Efirə biz gəlmək istəyirik, niyə istəmirik ki? Biz o dövrdə uşaq olanda efirə gələndə istəyirdik ki, populyar olaq, bizi barmaqla göstərsinlər ki, bu Teymur Əmrahdır. Amma indi elə bir vəziyyətdir ki... Bu yaşdan sonra ayrı sənətə necə gedim? Başqa sənətə yiyələnə bilmərəm, 50-dən artıq yaşım var, gecdir. Amma peşmanam... Çox peşmanam. Bilsəydim, hakim, həkim olardım, amma heyif...".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.