Şou-biznes

"Ərim bu videoya nifrət edir, deyir paltarım pisdi" - VİDEO

21 Fevral 2023 00:44
Baxış: 1 337
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Amerikalı müğənni Britni Spirs açıq-saçıq geyimdə rəqs edib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, o, şəxsi bloqunda video yerləşdirərək qeyd edib ki, əri bu videoya nifrət edir.

"Ərim bu videoya nifrət edir. Bu qara paltarın pis olduğunu düşünür... Dünən gecə brilyantlı paltar və daha iki geyim tikdim. Bu, əlbəttə ki, "Versace" deyil, amma bunu özüm etdim. Böyük daşların dibindən naxış əlavə etdim, sonra hər şeyi tikməyə kömək edən bir xanım tapdım. Darıxırdım, amma bunu etmək çox gözəl idi", - Spirs bildirib.

Xatırladaq ki, müəğnni 9 iyun 2022-ci ildə sevgilisi, fitnes məşqçisi Sem Əsgəri ilə ailə həyatı qurub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.