Şou-biznes

"Pulu canınıza xərcləməlisiniz, daş-divara yox"

8 Fevral 2023 18:00
Baxış: 1 733
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Əməkdar artist Aybəniz Haşımova paylaşımı ilə diqqət çəkib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, müğənni Türkiyədə baş verən zəlzələdən olan görüntüləri yayımlayaraq, həyatda ən önəmli amilin mülk yox, can sağlığı olduğunu vurğulayıb:

"Çox körpə idim: yaxşı xatırlayıram, qonşumuzda rus qadın var idi. Anama həmişə belə deyərdi: Siz azərbaycanlılar əlinə pul düşən kimi ev-eşiyə tökürsünüz. Amma o pulları canınıza xərcləməlisiniz, nəyinki daş, divara. Anam da deyirdi ki, nədir, camaat tör-töküntünün içində qalsın? Əlbəttdə, evini səliqəyə, səhmana salacaqlar. İndi bu hadisələrin illərnən şahidi oluruq ki, həqiqətən də can sağlığından o yana heç nə yox imiş. Allah canınıza dəyməsin, dostlar".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.