"Yaxşı deyildi, apardım xəstəxanaya. İki həftəyə yaxındır ki, xəstəxanada idi. Həkimlər çox çalışdılar, amma gec idi. Mən də bilirdim ki, çox gecdir".
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Xalq artisti Nazpəri Dostəliyeva media nümayəndələrinə açıqlamasında deyib. Ötən gecə dünyasını dəyişən bacısı Zeynəb Dostəliyevadan danışan Nazpəri onun durumunun ağır olduğunu söyləyib:
"Ötən gün həkimlər zəng vurdu ki, böyrəkləri fəaliyyətini dayandırıb. Səhər saat 08:00 radələrində həkimlər dedilər ki, böyrəkləri dərmanları qəbul etmir. Bacardığım qədər yardım etməyə çalışdım".
Qeyd edək ki, Z.Dostəliyeva qaraciyər sirrozundan əziyyət çəkirdi. O, ötən gecə müalicə aldığı xəstəxanada dünyasını dəyişib.
Milli.Az