Şou-biznes

Lopezin içində amfiteatr olan Kaliforniyadakı evi satışa qoyuldu - FOTO

4 Fevral 2023 17:44
Baxış: 565
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Cennifer Lopez Ben Affleklə evləndikdən sonra ABŞ-nin Kaliforniya ştatındakı malikanəsini satır.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, müğənninin 2016-cı ildə 28 milyon dollara aldığı malikanə məşhur Bel-Eyr rayonunda yerləşir. Doqquz yataq otağı, 13 hamam otağı olan fransız üslublu ev hazırda 42,5 milyon dollara satışa çıxarılıb.

Evin birinci mərtəbəsində yerləşən qonaq otağında, həmçinin 30 yerlik kinozal da var.

Kaminli qonaq otağı, böyük yemək otağı, aşpaz üçün xüsusi mətbəx, oyun otağına malik evin bar hissəsi isə hovuza baxan terrasa açılır.

İkinci mərtəbədə ofis, masaj otağı və qonaq otağı var. Binanın əsas qanadında isə kitabxana və daha bir qonaq otağı, kamin və geniş terrasa açılan iki soyunma otağı mövcuddur.

Malikanənin ərazisində, həmçinin əlavə qonaq evi, idman zalı, 100 yerlik amfiteatr və orqanik tərəvəzlər olan bostan, həmçinin şəxsi göl və qumlu çimərlik var.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.