Şou-biznes

Çinarə ilk dəfə nişanlısı ilə VİDEOsunu paylaşdı

2 Fevral 2023 14:34
Baxış: 2 689
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Aparıcı Çinarə Əliyeva ilk dəfə nişanlısı ilə birgə görüntüsünü paylaşıb.

Milli.Az olay-a istinadən yazır ki, növbəti yaşı tamam olan Çinarə ad günü üçün özəl çəkiliş etdirib. 

Onun səhifəsində yerləşdirdiyi videoda həkim nişanlısı Ruslan Rəsul da yer alıb. Əliyeva posta "İlk doğum günümdür ki, sevdiyim insanla bərabər keçirəcəyəm. Mənim dayağım, mənə dəyər verən yeganə insan R" sözlərini yazıb.

Qeyd edək ki, bir neçə gün əvvəl R. Rəsulla bağlı qalmaqallı iddialar yayılmışdı. Onun keçmiş xanımına zülm etdiyi, fiziki şiddət göstərdiyi, boşandıqdan sonra övladlarına aliment ödənilməsini gecikdirdiyi, yaxud da heç odəmədiyi iddia olunub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.