Şou-biznes

Əvvəl qapımda yatırdı dedi, sonra üzr istədi

2 Fevral 2023 10:16
Baxış: 1 375
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyəli şoumen Mehmet Ali Ərbil sosial şəbəkədə aparıcı Çağla Şikəllə bağlı paylaşım edib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, şoumen verilişlərin birinə verdiyi müsahibədə "Çağla mənim qapımda yatardı, aparıcı ola bilmək üçün otağımdan çıxmazdı. Artıq hansı mənada başa düşmək istəyirsənsə, düşün" deyə açıqlama vermişdi.

O, bu səbəbdən Şikəldən üzr istəyib:

"Səhər saatlarında bağlandığım canlı yayımda əslində çox incindiyimi ifadə etmək istəyirdim, amma çox məqsədini aşan və istəmədiyim sözlər demişəm. Yayımın təkrarını izləyərkən gördüm. Çağla mənim bacımdır. Mən duyğusal adamam. Çağla bu qədər qiymətli olmasa, incinməzdim. Mən onun uğurlarıyla qürur duyuram, amma mən onun ilk addımlarında yanında olduğumu unutmuş kimi davranması məni kədərləndirdi. Nə qədər pis olsam da, o sözləri işlətməli deyildim. Hamınızın qarşısında üzr istəyirəm. Yayıma çıxmaq üçün pul almışam da demişəm. Halbuki doğru deyil.  Xaricdə idim, təyyarə biletini alaq gəl dedilər, hamısı bu qədərdir. Çağlam, yaşadığım xəstəliklərimə görə keç".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.