Şou-biznes

Ülvira Qarayavedan ANS-ə ŞOK İTTİHAM: “Yağmalanmışam”

19 Yanvar 2023 19:34
Baxış: 2 737
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Tanınmış aparıcı Ülvira Qarayeva pensiya fonduna yüklənən aylıq vergisi ilə bağlı ittihamlar irəli sürüb.

Milli.Az xəbər verir ki, onun sözlərinə görə, ANS-də işlədiyi dövrdə pensiya fonduna bir qəpik də ödənməyib:

"Sosial ödənişlərimi yoxladım. ANS-də işlədiyim dövrdə pensiya fonduna bir qəpik də ödənməyib, halbuki hər maaşımdan pul kəsilirdi.

Bunu mənə bir həmkarım demişdi, inanmamışdım, amma doğrudan belə imiş. Ödənişlər cibə gedirmiş, demək, hər ay. İllərlə soyulmuşam, yağmalanmışam, bu, azmış kimi, gələcəyimdən də oğurlanıb".

Ü. Qarayeva həmçinin sözügedən iddiası ilə bağlı fotoları da paylaşıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.