Şou-biznes

Fərdanın qalmaqallı fikirlərinə Elcandan TƏRS SİLLƏ: “Belə danışmamalıdır” - VİDEO

19 Yanvar 2023 19:12
Baxış: 3 898
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Aktyor Fərda Aminin "Heç zaman səhnədə qadın paltarı geyinmərəm" deməsinə həmkarı Elcan Rəsulovdan sərt cavab gəlib.

Milli.Az bizim media-ya istinadən xəbər verir ki, Fərdanın sözlərini həzm edə bilməyən Elcan "Şou xəbər" verilişinə qarşı tərəfi qıcıqlandıracaq açıqlamalar verib.

E.Rəsulov F.Aminin qalmaqallı fikirlərini boş sayıb:

"Sənə təklif olunan hər bir obrazı, oynamalısan. Bu, sənin işin, peşəndir. Bunu isə ən yaxşı şəkildə etməlisən. Peşəkar aktyor deməməlidir ki, bu rolu ifa etmərəm. Bu peşəkarlıqdan uzaq olan məsələdir. İlk dəfə oynadığım obraz elə qadın obrazı olub. Heç kimdə bu obrazı mənim canlandırdığımı bilmirdi".

Elcan bu mövzuda haqlı olduğunu bu fikirləri ilə sübuta yetirməyə çalışıb:

"Məşhur aktyor Məlik Dadaşov "Fəryad" filmində erməni obrazını canlandırmışdı. Belə çıxır ki, Məlik Dadaşov ermənidir?".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.