Şou-biznes

Divardakı çılpaq uşaq şəkli məşhur aktrisanın başına bəla oldu - FOTO

19 Yanvar 2023 11:18
Baxış: 1 492
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Arnold Şvartseneggerlə birlikdə oynadığı "Doğru yalan" ("True Lies") filmindəki rolu ilə parlayan Hollivud ulduzu Ceymi Li Körtis paylaşdığı şəklə görə başını bəlaya salıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, belə ki, aktrisa özünün sosial şəbəkə hesabından ofisinin şəklini paylaşıb. Amma divarda çamadana basılmış çılpaq uşaq təsviri sosial çəbəkə istifadəçilərinin kəskin tənqidinə səbəb olub.

"Uşaq öldürmə, yoxsa köləlik? Hollivud dayanmalıdır", "Mən bunu görmək və ya telefonumda bu şəkilə rast gəldiyim üçün həbs olunmaq istəmirəm", "Lənət şeytana, bu necə sənətdir?", - deyə aktrisanın pərəstişkarları məyusluqlarını bildiriblər.

Körtis artıq paylaşımını silib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.