Şou-biznes

"Çoxarvadlılıq xəyanətdən, zinadan çəkinməyə kömək edir..." - Anastasiya Reşetova

17 Yanvar 2023 12:20
Baxış: 1 940
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiyalı model Anastasiya Reşetova il yarım əvvəl müsəlman olduğunu etiraf edib. Və ötən gün şəxsi telegram-kanalında çoxarvadlılığa münasibətini bildirib.

Milli.Az moderator.az-a istinadən xəbər verir ki, modelin fikrincə, qadınların üstünlük təşkil etdiyi bir şəraitdə çoxarvadlılıq ideyasının özü nəcibdir.

"Qaydalara görə, ikinci və sonrakı nikahlara şərtlərlə riayət edilməlidir. Bu, məhrum qadın, bəlkə də qucağında uşağı olan dul qadın olmalıdır. Ər bütün arvadlara ayrıca ev verməli və onları tam təmin etməlidir", -  deyə Anastasiya izah edir.

Bununla belə, Reşetova vurğulayır ki, "özü də ikinci arvad olmaq və ya üzərinə ikinci arvad alınacağı düşüncəsi ilə yaşamaq istəməzdi".

Eyni zamanda rus qadın bir çox müsəlman kişilərin qaydalara və adətlərə etinasız yanaşdığını, sadəcə əylənmək üçün arvad aldığını inkar etmir. Model həm də ironik şəkildə qeyd edir ki, kişinin bir neçə arvadının olması ailədə müəyyən dərəcədə xəyanətdən, zinadan çəkinməyə kömək edir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.