Şou-biznes

"Fatiməni danışdırmamaq yaxşıdır, elə ancaq oynasın" - VİDEO

16 Yanvar 2023 18:00
Baxış: 1 191
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Fatimə kimdir ki, düşmənim olsun? Düşmən dediyinin silahı, sursatı, davası olar. Fatimə ilə niyə düşmən olum? Dilindən çıxan kəlmənin ya üzrünü, ya ispatını istəmişəm. Başqa niyə düşmən olum ki? Allah eləməsin. Allah onun başından bir tük əksik eləməsin. Düşmən nə deməkdir? Məsafə saxlayıram".

Milli.Az bizim.media-ya istinadən xəbər verir ki, bu sözləri şairə Nazilə Səfərli "Sözbaz" maqazin verilişində deyib.

"Göyçək" ləqəbi ilə şou-biznesdə məşhurlaşan rəqqasə Fatimə Fətəliyeva ilə düşmən olmadığını söyləyən Nazilə məhkəməlik olan qarşı tərəfə danışmamağı məsləhət bilib:

"Fatimə danışdı, gördüm onu. Fatiməni danışdırmamaq yaxşıdır. Elə ancaq oynasın. Onunki, yalnız bədən dilidir. Dilini də istifadə eləməsin. Dil yemək yeyəndə yeməyin dadına baxmaq üçündür - duzun, şirinin. Bu qədər".

Qeyd edək ki, Nazilə Səfərli Fatimə Fətəliyevanı məhkəməyə verib. Şairə rəqqasədən 50 min manat mənəvi təzminat tələb edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.