Şou-biznes

Hazal Kaya məhkəməyə verildi

14 Yanvar 2023 08:28
Baxış: 1 049
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyənin keçmiş çavuşu Musa Orhan məşhur aktrisa Hazal Kayanı məhkəməyə verib.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə sənətçinin özü sosial şəbəkə hesabında paylaşım edib.

Bildirib ki, Orhan bu dəfə də ondan şikayətçidir.

Qeyd edək ki, Orhanın intihar edən İpek Erin adlı qıza təcavüz etdiyi iddia olunub. Lakin məhkəmə qərarı bəlli olmadan bir sıra məşhurlar onun barəsində xoş olmayan paylaşımlar edib. Orhan isə məhkəmə qərarı ilə sərbəst buraxılandan sonra həmin məşhurlardan şikayətçi olub. Bunlar sırasında türkiyəli aktrisalar Ezgi Mola və Farah Zeynep Abdullah da var.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.