Şou-biznes

"Milyonları yeyib, indi altından çıxa bilmir" - Müşviq Şahverdiyev

12 Yanvar 2023 15:54
Baxış: 2 650
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Xəbər verdiyimiz kimi, tanınmış film istehsalçısı "Cinemazadeh" aktyor Müşviq Şahverdiyevi məhkəməyə verib.

Milli.Az xəbər verir ki, məsələ ilə bağlı Müşviq axşam.az-a açıqlama verib. O, şirkətin fəaliyyətini tənqid edərək, onları qeyri-peşəkar adlandırıb:

"Telefonum bayaqdan dayanmır. Hamıya cavab verə bilmirəm. Həmin şirkətə qeyri-ciddi şirkət, insan kimi baxıram. Onlar vaxtında ciddi işlər görürdülər. Sonradan özlərini biabır etmiş şirkət oldular. O şirkətdə ki, işləyənlər narazı gedirlər, nə gözləyirsiniz? Aktyor Məcid Hüseynovu da verdilər məhkəməyə, uduzdular. Qrim edən qızı verdilər 3-4 min manata görə, hakim onları biabır edib.

Vaxtında şirkətin direktoru (Cəfər Axundazə - red.) Moskvadan gələndə yüksək vəzifədə çalışan dostunun köməkliyi ilə iş aldı. Əvvəl özünü doğrultdu, indi doğrulda bilmir. Onlara ayrılan böyük məbləğdə pulları yeyiblər. Ondan sonra fikirləşib, bunun altından necə çıxım? Bu dəqiqə onun durumu yaxşı deyil, 3-4 milyon pul yeyib, indi altından çıxa bilmir".

Müşviq bildirib ki, sözügedən şirkət 3 film üçün ona 25 min manat avans ödəyib:

"3 film üçün 3  il əvvəl 2019-cu ildə avans ödəyiblər. Deyiblər ki, bu yay, qış heç bir filmə çəkilmə, film çəkiləcək. Filmin ssenarisi, komandası yox, gəlib məndən avans tələb edirlər. Hansı filmdir ki, mən çəkilişə getməmişəm? Yalandan, tutar qatıq, tutmaz ayran edib. Müşviq aldığı avansa görə, nə qədər işdən olub. Üç filmdən heç birinin yarısı çəkilməyib. 25 min manat ödəniş ediblər. Başqa layihələrdə yer almağıma icazə verməyiblər".

Aktyor əlavə edib ki, şirkəti məhkəməyə verməyə hazırlaşır:

"Qarşı tərəf şərtlərə əməl etməyib. Mən onları məhkəməyə verməkdən, onlar məni verib. İndi məndən 90 min manat təzminat tələb edir ki, gəlməmisən, ziyana salmısan. Çıxardıb bir səs yazısı, mesaj göstərsin ki, məni çəkilişə çağırıblar, amma getməmişəm. İtirdiyim pulları onlardan tələb etmişəm. Onlarla "Ofis işi" serialı ilə bağlı müqaviləmiz var. Onu çəkdilər, yarımçıq qalıb. Müqavilədə yazılmışdı ki, heç bir layihədə iştirak edə bilməzsən. Mən də nə qədər pul itirmişəm. Əlimdəki dəlilərdən təzminat tələb edib, ala bilərəm. 

Vəkilimlə danışmışam, müqaviləmiz var, orada şərtlər yazılıb. Mən də onları məhkəməyə verəcəyəm. Yanvarın 27-nə məhkəmə təyin olunub".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.