Şou-biznes

Məşhur aktrisa İranda edam edilən gənclərdən yazdı - FOTOlar

12 Yanvar 2023 12:38
Baxış: 1 407
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Fransalı məşhur aktrisa Marion Kotillard yanvarın 7-də İranda edam edilən Mehdi Kərəmi və Məhəmməd Hüseynlə bağlı paylaşım edib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, sənətçi "İranda edamı dayandır" həştəqindən istifadə edərək onların fotolarını izləyiciləriylə bölüşüb və bu sözləri yazıb:

"Onların çəkdiyi əzabları dünyaya çatdırmalıyıq. İranda fövqəladə vəziyyət yaranıb. İran rejimi tərəfindən ölümə məhkum edilmiş günahsız insanları xilas etmək üçün mübarizəmizi davam etdirməliyik".

Aktrisa Məhəmməd Mehdi Kərəminin atasına dediyi "Ata, bizə hökm verdilər, mənim hökmüm edamdır, amma anama demə" sözləri də sosial şəbəkədə paylaşıb.

Qeyd edək ki, Mehdi Kərəmi və Məhəmməd Hüseyn Kərəc şəhərində hakimiyyət əleyhinə nümayişlər zamanı Bəsic qüvvələrinin (Bəsic İranda birbaşa dini liderdən əmr alan yarım hərbi könüllü təhlükəsizlik qüvvələridir) bir üzvünü öldürməkdə təqsirli bilinərək edam ediliblər.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.