Şou-biznes

"Mən danışıq ustadıyam, danışanda "ı..." etmirəm" - VİDEO

11 Yanvar 2023 04:22
Baxış: 6 265
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xalq artisti Məleykə Əsədova qonaq olduğu "Elgizlə izlə" ictimai-sosial verilişində əsəbiləşib.

Milli.Az bizim.media-ya istinadən bildirir ki, Samir adlı şəxs efirə çıxaraq aktrisanın pərəstişkarı olduğunu və onu parodiya etdiyini bildirib.

Proqramın gedişatında Samirin sözügedən verilişdə Mələykəni parodiya etdiyi görüntülərini efirdə yayımlanıb.

Həmin kadrları görən Əsədovanın üz ifadəsi 180 dərəcə dəyişib. Aktrisa əsəbi halda "Amma düzgün öyrən. Mən danışıq ustadıyam. Danışanda "ı..." etmirəm. Eybi yox, keçirəm günahından", deyə etiraz edib.

Daha sonra Samir Əsədovanı canlı olaraq parodiya etmək istədiyini dilə gətirəndə Mələykə "Get məşq et, sonra gəl" cavabını verib.

Samir isə Xalq artistinin bu sözlərinə "Baş üstə" deyərək, Mələykə Əsədovadan üzrxahlıq edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.