Şou-biznes

Aksiyaya qatılan sənətçidən sərt reaksiya

10 Yanvar 2023 10:29
Baxış: 1 318
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Demet Akalın təyinat gözləyən müəllimlərin etiraz aksiyasına qatılıb.

Milli.Az olay-a istinadən xəbər verir ki, sənətçi çıxışı zamanı "Ümid edirəm ki, yuxarılar səsimizi eşidər. Buna görə buradayam", - deyə, bildirib.

Bu vaxt müəllimlərdən biri "Bunu Rəcəb Tayyib Ərdoğanın yanına gedəndə deyərsən", - deyə, qeyd edib.

Demet isə cavab olaraq "Ədəbsizliyə ehtiyac yoxdur. İnsanı gəldiyinə peşman etdirmə" deyərək sərt reaksiya verib.

Sosial şəbəkədə yayılan həmin görüntülər müzakirəyə səbəb olub. İzləyicilərin bəziləri ifaçının haqlı olduğunu bildirdiyi halda, digərləri onun bu reaksiyasını yersiz hesab edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.