Şou-biznes

"İçimdə iki Dilarə var, biri deyir, dur gedək..."

9 Yanvar 2023 18:04
Baxış: 1 284
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Müğənni Dilarə Kazımova səsinin insanları ağlada bildiyini qeyd edib.

Milli.Az olay-a istinadən xəbər verir ki, bu haqda ifaçı "Söhbət musiqidən gedir" verilişində danışıb.

"İçimdə iki Dilarə var. Biri melanxoliki sevir, digəri deyir, dur gedək... Bu iki insanın ortasında qalmışam. Bəziləri "Melanxoliya" mahnımı çox sevirlər və bunun mənim stilim olduğunu bildirirlər. Digərləri isə "Xarizma", "Vecimə deyilsən" mahnıları tərzində davam etməyimi istəyir. Mən içimdə olanları iki tərəfdən göstərməyə çalışıram. İnsanlar mənim səsimin onları ağlada bildiyini deyir. Mən oxuyanda çox insan niyəsə ağlayır. Və deyirlər ki, sən belə qəmli mahnılar oxuyub, bizim qəlbimizə toxunmalısan", - deyə, Kazımova fikirlərinə əlavə edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.