Şou-biznes

Qızından Rafael Dadaşovla bağlı paylaşım - VİDEO

7 Yanvar 2023 10:28
Baxış: 1 630
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Müğənni Səidə Dadaşova atası, mərhum Xalq artisti Rafael Dadaşovun məzarından görüntülər yayımlayıb. 

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, ifaçı videoya bu sözləri əlavə edib:

"2 il 10 aydır ki, səni sənsiz yaşayıram... Buna yaşamaq deyilirsə... Sadəcə mücadilə edirəm... Səni anırıq, mənim ruh əkizim, bir baxışımla anlayanım. Ruhun şad olsun, atam".

Qeyd edək ki, aktyor uzun sürən xəstəlikdən sonra 2020-ci il martın 16-da dünyasını dəyişib. O, II Fəxri Xiyabanda dəfn olunub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.