Şou-biznes

"Namiqlə duetdən sonra Arif Babayevin gözünə görsənmədim"

5 Yanvar 2023 19:01
Baxış: 3 775
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Əməkdar artist Könül Kərimova meyxanaçı Namiq Qaraçuxurlu ilə illər əvvəl oxuduğu dueti ilə bağlı etiraf edib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, müğənni Xalq artisti Arif Babayevin buna görə onu təqid etdiyini deyib. Bu haqda "ATV səhər"də danışan Kərimova uzun müddət xanəndənin gözünə görünməməyə çalışdığını əlavə edib:

"Bir gün meyxanaçı Namiq Qaraçuxurlunu dəvət etdilər ki, onunla bir iş görüm. Dedim ki, Arif Babayev eşitsə, bilsə dəhşət, biabırçılıq olacaq. Ona nə cavab verəcəyəm? Dediyim kimi də oldu. Namiqlə duetimiz baş tutdu.Çox gözəl qəbul olundu. Amma qorxumdan Arif müəllimin gözünə görsənə bilmirdim. Bir də gördüm ki, Arif müəllimdən müsahibə alırlar. Ona sual verdilər ki, tələbələriniz haqda hansı fikri söyləyə bilərsiniz? "Heç nə, nə deyəcəyəm, tələbələrim keçib, meyxana oxuyurlar!" cavabını verdi".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.