Şou-biznes

İllər sonra ağıllarına çılpaq çəkildikləri səhnə gəldi, təzminat istəyirlər

4 Yanvar 2023 14:20
Baxış: 3 443
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

1968-ci ildə lentə alınan "Romeo və Cülyetta" filminin aktyorları Oliviya Hassi və Leonard Uaytinq "Paramout Pictures" şirkətini məhkəmə veriblər.

Milli.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, aktyorlar sözügedən şirkəti cinsi istismarda ittiham edirlər. 

Məlumata görə, filmin çəkilişi zamanı Hassinin 15, Uaytinqin isə 16 yaşı olub. Bildirilir ki, çəkiliş zamanı filmin rejissoru Franko Zeffirelli aktyorlara filmdə açıq-saçıq səhnələrin yer almayacağını bildirsə də, daha sonradan onlardan bunu tələb edib.

Oliviya Hassi və Leonard Uaytinq filmdə yer alan həmin səhnələrə görə sarsıntı keçirdiklərini qeyd ediblər. 

Aktyorlar şirkətdən 500 milyon dollar tələb edirlər. 

Qeyd edək ki, Franko Ceffirelli 2019-cu ildə 96 yaşında Romada dünyasını dəyişib.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.