"İnana bilmirəm ki, nəhayət buradayam. Uzun bir məsafəli münasibətdən sonra həyat yoldaşımın vətəninə köçdüm: pandemiya illəri, bağlı sərhədlər və ölkəmdəki müharibə vəziyyətinə görə internet olmaması, sonra bir ildən çox viza gözləmə prosesi. Biz birlikdə güclü idik və bacardıq".
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Hollivud ulduzu Jan-Klod Van Dammın oğlu Kristoferlə ailə quran azərbaycanlı pianoçu Suada Hacızadə bildirib. Kaliforniyaya köçən Suada artıq orada yaşayacağını vurğulayıb:
"Həyatın yeni fəsli, yeni başlanğıclar, Yeni il, yeni xatirələr... Budur, 2022-ci il göstərdi ki, nə qədər mübarizə aparmağınızdan asılı olmayaraq, sonda bunun hər an və hər çətinliyə dəydiyini görəcəksiniz. 2023-cü il hamı üçün gözəl bir səyahətin başlanğıcı olsun, ruh yoldaşları bir-birlərini tapsınlar və ürəklər həmişə gülümsəsin".
Milli.Az