Şou-biznes

Dünyaya səs salan filmin ikinci hissəsi çəkilir - FOTO

22 Dekabr 2022 15:34
Baxış: 1 214
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Qladiator" pərəstişkarları üçün sevindirici xəbər var. Belə ki, 23 ildən sonra ikinci hissənin çəkilişlərinə başlanılır.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, mənbənin məlumatına görə, davam filmində Hollivud ulduzları Rassel Krou və Xoakin Fenikslə yanaşı, Cimon Honsu, Konni Nilsen də rol alacaqlar. Çəkilişlərin "Mərakeşin Hollivudu" kimi tanınan Varzazat qəsəbəsində başlanılması planlaşdırılır.

Qeyd edək ki, rejissor Ridli Skot hələ 2021-ci ilin noyabrında filmin davamı barədə elan etmişdi.

"Qladiator" filmi 2000-ci ildə nümayiş olunub. 103 milyon dollar büdcəsi olan film 460 milyon dollar gəlir əldə edib və beş nominasiya üzrə "Oskar" mükafatına layiq görülüb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.