Şou-biznes

Azərbaycanlı müğənni Rusiyada qəzada ÖLDÜ - VİDEO - FOTO

20 Dekabr 2022 12:01
Baxış: 8 102
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Reyhan adlı azərbaycanlı müğənni Rusiyada dünyasını dəyişib.

Milli.Az bizim media-ya istinadən xəbər verir ki, bu haqda aktyor və aparıcı Sərxan Kərəmoğlu sosial şəbəkə hesabında məlumat yayıb.

O, həmin xanım sənətçinin dəhşətli avtomobil qəzasında vəfat etdiyini açıqlayıb.

Qəzadan sonra videogörüntüləri və Reyhanın fotosunu izləyiciləri ilə bölüşən Sərxan "Reyhan, Allah sənə rəhmət eləsin. Çox üzüldüm. Reklam sevməyən müğənni idi" sözlərini əlavə edib. 

Aktyor bildirib ki, qəza dekabrın 19-dan 20-nə keçən gecə Rusiyanın vilayətlərinin birində baş verib.

"Avtomobildə dörd nəfər olub. Reyhan xanım və üç nəfər isə musiqiçi olub.  Onlar toydan qayıdarkən avtomobil qəzasına düşüblər. Musiqiçilər sağ qalsa da, Reyhan xanım aldığı ağır xəsarətlərə görə vəfat edib. Reyxan xanım 30 ildir ki, Moksvada yaşayırdı. Əslən Yevlaxdandır. Çox gözəl müğənni idi. Ailəsinə və yaxınlarına səbr diləyirəm. Allah rəhmət eləsin", - deyə S.Kərəmoğlu vurğulayıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.