Şou-biznes

“Təzə müğənnilər Eşqinə yazırlar ki, tanış olaq?” - Aysun

8 Dekabr 2022 14:16
Baxış: 2 281
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"İnstaqramımda bəyləri izləmirəm. Bu, öz seçimimdir. Eşqin belə şeylərə qarışmır".

Milli.Az olay-a istinadən xəbər verir ki, bu sözləri müğənni Aysun İsmayılova "Səhərin səsi" verilişində söyləyib.

O, həyat yoldaşının instaqramına nəzarət etdiyini bildirib:

"Hər şeyi həyat yoldaşın deməli deyil, ondan öncə sən etməlisən. Bunu edirəm ki, səhəri gün o hansısa qızı izləməyə alsa, dilim uzun olsun. Əslində, onun instaqramı məndə var, hər şeyi görürəm. Bir bilsəniz, ona təzə çıxan müğənnilər nələr yazır. Sıravi xanımlardan da yazırlar. Mənə yazırlar "Allah xoşbəxt eləsin", ona yazırlar ki, tanış olaq? Mən də hamısını oxuyuram. Eybi yox, qoy yazsınlar. Yazmağa nə verirlər? Onları paylaşmaram, kimə lazımdır onları paylaşım?"

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

ILK-10 Azeri Website Directory