Şou-biznes

Xatunla eyni masada oturmaq istəmədi

16 Noyabr 2022 20:04
Baxış: 1 564
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Müğənni Xatun Əliyeva və küsülü olduğu rəqqasə Fatimə Fətəliyeva məclislərin birində üz-üzə gəlib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, ad gününə qatılan küsülü sənətçiləri eyni masada otuzdurmaq istəyiblər.

Gecəyə ilk olaraq Xatun qatılıb. Məclisə daha sonra gələn Fatiməyə həmin masada yer ayrılsa da o oturmaqdan imtina edib. Fatimə onun üçün başqa bir masa təşkil edilməsini istəyib.

Qeyd edək ki, Xatunla Fatimə dost olsalar da, uzun müddət əvvəl mübahisə edib, münasibətlərinə son qoyublar. Davaya səbəb Xatunun Fatiməni məclisə dəvət etməsi, onun isə əvvəl bir, sonra başqa qonorar deməsi olub. Onlar bir-birini məhkəməyə versə də, məhkəmə iddianı qəbul etməyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.