Şou-biznes

Vəfa qalmaqal yaşadığı Şəbnəmdən DANIŞDI: “Onunla rəfiqə olmamışıq”

12 Noyabr 2022 20:59
Baxış: 1 197
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Müğənni Vəfa Şərifova illərdir "qanlı bıçaq" olduğu həmkarı Şəbnəm Tovuzludan söz açıb.

Sənətçi "MTV maqazin" verilişinə müsahibəsində qarşı tərəfdən incikliyini gizlətməyib.

Vəfa bildirib ki, onların arasına "zəhər toxum"unu ətraflarında olan şəxslər səpib.

"Şəbnəmlə aramızda böyük problemimiz olmayıb. Nə yaşamışıqsa, hamının gözü önündə olub. Sualdan sual, sözdən söz yaranıb və bu məsələlər böyüyüb. Kənardan olan şəxslər bir-birimizdən söz alıb, söz gətirirdilər. Bu cür olan halda aramızda problemlər böyüdü. Hər adamdan küsən insan deyiləm. Küsəndə də elə küsürəm ki, sonra da küsdüyümü unuduram. Amma elə məsələlər də var ki, insan yaşananları unuda bilmir. Həyatı zərbələr vurur. Çünki övladlarım var. Haqqımda elə sözlər və şayiələr çıxıb ki, övladlarım böyüyəndə onlara bunlar təsir edəcək. Elə şeylər var ki, onları bağışlamaq olmur".

"Şəbnəm qızı Günelin toyuna dəvət etsə, məclisə gedəcəksiniz?" sualına isə V.Şərifova belə reaksiya verib:

"Şəbnəmlə heç zaman rəfiqə olmamışıq. Onunla sadəcə məclislərdə görüşmüşük. Övladına kiçik toy etmişdi. Ora gedə bilməmişdim. Sonradan oğlu Əlini təbrik etmək üçün onun evinə getmişəm. Qızı Günelin toyuna getməsəm də hədiyyəni göndərərəm. Bəlkə gedərəm, bəlkə də yox".

Qeyd edək ki, Vəfa Şərifova illər əvvəl Şəbnəm Tovuzlu ilə böyük qalmaqal yaşayıb. İki xanım sənətçi arasındakı qalmaqala səbəb adı mətbuatda hallanan Famil Xəlilov adlı iş adamıdır. Belə ki, Famil illər öncə Ş.Tovuzlu ilə vətəndaş nikahında yaşayıb və sonradan münasibətlər gərginləşdiyindən onlar ayrılıblar.

Bir müddət sonra isə Famil Ş.Tovuzlunun həmkarı Vəfa Şərifova ilə münasibətə başlayıb və onunla ailə həyatı qurub. Bir neçə ay əvvəl isə cütlüyün bu nikahından oğlu dünyaya gəlib. Vəfanın Məryəm adında bir qızı da var.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.