Şou-biznes

​Tarixə düşən azərbaycanlı hakim Cinin qardaşı imiş - FOTOlar

3 Noyabr 2022 14:04
Baxış: 6 037
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xəbər verdiyimiz kimi, azərbaycanlı FİFA referisi Əliyar Ağayev Çempionlar Liqasında tarixi oyuna çıxıb. Ona bu matçda kömək edən Zeynal Zeynalov və Akif Əmrəli də Çempionlar Liqası qarşılaşmasında meydana çıxan azərbaycanlı laysmanlar kimi tarixə düşüblər. 

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, 37 yaşlı Zeynal Zeynalov tanınmış müğənni Ceyhun Zeynalovun (Cin) qardaşıdır.

Bu barədə saytımıza açıqlama verən Cin öz hisslərini belə ifadə edib: "Həmişə qardaşımdan mənim haqda soruşurdular, müsahibə alırdılar, indi isə məndən qardaşım haqda soruşurlar. Bu, çox qürurverici hissdir.

Düzünü deyim, futboldan çox-çox uzaq adamam. Dünən ilk dəfə idi ki, qardaşıma görə futbol matçına baxdım".

Zeynalov əlavə edib ki, ailədə 1 bacı, 2 qardaşdırlar.  

Qeyd edək ki, FİFA referi köməkçisi Z. Zeynalov 25 yanvar 1985-ci ildə Bakı şəhərində anadan olub. 2003-2007-ci illərdə ADBTİA-da təhsil alıb. 2006-ci ildən hakimlik fəaliyyətinə başlayıb. 2009-cu ildən Premyer Liqa oyunlarında köməkçi hakim kimi fəaliyyət göstərir. 2011-ci ildən FİFA dərəcəli laysmandır. Hazırda 270 nömrəli məktəbdə fiziki tərbiyyə müəllimidir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.