Şou-biznes

Aygün Kazımova və Rəsul bu klip üçün fərqli obraza girdi - VİDEO

2 Noyabr 2022 19:48
Baxış: 1 693
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Xalq artisti Aygün Kazımova və müğənni Rəsul Əfəndiyev bir neçə gün əvvəl təqdim etdiyi duetləri üçün kamera qarşısına keçiblər. 

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, "Poqodi pastoy" adlanan mahnının musiqisi Kazımcan, sözləri isə OGB (Orxan Qarabasma) tərəfindən yazılıb. Divanın fərqli obrazda çəkildiyi klipin rejissor işi Dele-yə həvalə edilib. 

İfaçıların Meksika tərzində olan stilləri üzərində Ruxa və Fuad çalışıb. 

Ekran işi artıq yutub kanalında yayımlanır.

Qeyd edək ki, bu, Aygün Kazımova ilə Rəsulun sayca dördüncü duetidir. Onlar bundan əvvəl "Dola mənə qolunu", "Yarımdı o", "Bu şəhərdən" mahnılarını oxuyublar. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.