Şou-biznes

“Oğlum da razıdır, mən də” - 2-ci gəlinindən danışdı

2 Noyabr 2022 21:21
Baxış: 2 677
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Əməkdar artist Mətanət İsgəndərli oğlu Kərimin ikinci dəfə ailə həyatı qurmasından danışıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, müğənni "Maqazin plus" verilişinə müsahibəsində gəlini haqda bunları deyib:

"Alın yazısına, qismətə inanıram. Bu həyatı imtahan kimi görürəm. Allah bizi bundan betər imtahana çəkməsin. İnsan alnına yazılan taleyi yaşamalıdır. Deyirəm ki, şükür, Allah bizi bundan çətin imtahana çəkməsin. Kərim ikinci dəfə ailə həyatı qurdu. Əsas xoşbəxt olsun. Mən də, o da razıdır. Oğlumun xoşbəxtliyi mənim xoşbəxtliyimdir".

Qeyd edək ki, M.İsgəndərlinin oğlu Kərim keçmiş həyat yoldaşı Canana ilə qalmaqallı şəkildə ayrılıb. Cütlüyün 3 övladı hazırda atası ilə yaşayır. Kərim Aysel adlı xanımla ailə qurub və yenidən ata olmağa hazırlaşır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.