Şou-biznes

Van Damm yeni filmə çəkiləcək

1 Noyabr 2022 16:36
Baxış: 997
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Aktyor Jan-Klod Van Damm "Silent Kill" ("Səssiz qətl") döyüş filmində rol alacaq.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, filmin ssenari müəllifi və rejissoru Entoni Hikoksdur.

Ekran əsəri Konqoda xəzinə gizlədən dörd muzdludan bəhs edir. Qəhrəmanlar xəzinəni basdırır və qəniməti bölüşmək üçün 3 ildən sonra eyni yerdə görüşməyə razılaşırlar. Lakin hər şey plana uyğun getmir.

Filmində həmçinin Vernon Devis, Rafael Amaya və Madalina Qenea da çəkiləcəklər.

Van Damm hmçinin Horam Moreka ilə birlikdə prodüser kimi çıxış edəcək.

Əsas çəkilişlər 2023-cü ilin əvvəlində başlayacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.