Şou-biznes

Bir vaxtlar qalmaqal yaşayan Brilliant Dadaşova və Namiq bir arada

31 Oktyabr 2022 19:23
Baxış: 1 597
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xalq artisti Brilliant Dadaşova və meyxanaçı Namiq Qaraçuxurlu bir araya gəlib. 

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, ifaçılar Naxçıvanda baş tutan konsertdə görüşüblər. 

Namiq birlikdə olan fotolarını yayımlayaraq "Qədim Naxçıvandan hər kəsə salamlar" şərhini yazıb. 

Qeyd edək ki, Qaraçuxurlu ilə Dadaşova arasındakı qalmaqal 2019-cu ildə Zaur Kamalın verilişində yaşanıb. Proqramda ad gününü qeyd edən Zaura Qaraçuxurlu və Sevil-Sevinc Səfərova bacıları yaşı ilə bağlı sual ünvanlayıblar. Xalq artisti Brilliant Dadaşova proqrama zəng edib və onları qabiliyyətsiz adlandırıb. Müğənninin "Mən o qabiliyyətin sahibi deyiləm. Ayıbdır. Yaşın fərqi yoxdur, təki can sağlığı olsun" sözləri meyxanaçını əsəbiləşdirib. Namiq qarşı tərəfə "Brilliant xanımın yaş kompleksi var" sözlərini söyləyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.