Şou-biznes

Dünyanın ən varlı cütlüyü boşandı

29 Oktyabr 2022 14:59
Baxış: 1 030
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Dünyanın ən varlı modellərindən olan Jizel Bündhen amerikalı idmançı əri Tom Bredidən boşanıb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu barədə model sosial şəbəkədə yazıb:

"Tomla boşanma prosesimizi mehriban şəkildə yekunlaşdırdıq. Mənim prioritetim həmişə ürəkdən sevdiyim övladlarımız olub və olacaq. Biz onlara layiq olduqları sevgi, qayğı və diqqəti vermək üçün birgə valideyn olmağa davam edəcəyik". 

Qeyd edək ki, 2009-cu ildə ailə quran ikilinin 14 yaşlı Benjamin, 9 yaşlı Vivian, 15 yaşlı Cek adlı övladları var. Cütlüyün boşanmasına səbəb idmançının ailəsinə vaxt ayıra bilməməsi olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.