Şou-biznes

Bu mahnını ifa etdiyi üçün müəllimi güzəşt edib

28 Oktyabr 2022 20:52
Baxış: 747
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xalq artisti Cavan Zeynallı tələbəlik illərində yaşadığı xatirələrini bölüşüb.

Milli.Az olay-a istinadən xəbər verir ki, bu barədə cazmen "Evinizin qonağı" verilişində danışıb.

"Bir müəllim var idi, hamı ondan qorxurdu. Deyirdilər, təhlükəlidir, 2 yazmağı sevir... Mən imtahana gəldim. Müəllimə dedim ki, Qriqori Mixayloviç, mənə elə gəlir ki, siz mənə 2 verməyəcəksiniz. Dedi ki, kim deyir onu sənə?! Cavab verdim ki, mən sizin sevimli melodiyanı bilirəm. Eşitmişəm ki, siz "Podmoskovnye vechera"nı çalmısız. İndi sizin üçün o mahnını ifa edərəm, sözsüz ki, mənə 2 qoymayacaqsız. Oturdum, başladım, bam, bam, bam... Dedi ki, dayanın, siz məndən yaxşı ifa edirsiz, ona görə də sizə 2 yazmayacam. Və o mənə 4 qoydu, onun 4 yazmağı çox böyük qiymət idi", - deyə, sənətçi bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.