Şou-biznes

AzTV-nin efirində meyxanaçılara irad

27 Oktyabr 2022 09:55
Baxış: 2 390
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

AzTV-nin "Əsas məsələ" verilişində meyxanaçılara irad bildirilib.

Milli.Az olay-a istinadən xəbər verir ki, Strateji Araşdırmalar Mərkəzinin aparıcı elmi işçisi Araz Qurbanov İranın öz planlarını meyxanaçılar vasitəsilə icra etmək istədiyini vurğulayıb. 

"Son zamanlar sosial şəbəkədə də, mətbuatda da Azərbaycanda meyxana ustalarının İrana meyli haqqında söhbətlər gəzir. Nəyə görə meyxanaçılar? Mətbuata girişə bilmədilər, sosial şəbəkələrdə effektiv fəaliyyət göstərə bilmədilər. Bilirsiniz ki, meyxana ustaları həmişə toyda, məclisdə cəmiyyətin içərisindədir. Və İrana lazım olan idealogiyanı, fikirləri məhz onların vasitəsilə yayırlar. Və bu da son dövrlərdə göstərir ki, o da onlar üçün uğursuz nəticəyə uğradı. Mənə elə gəlir ki, İran ya bu gün, ya sabah düşünməlidir. Bilməlidir ki, onun ərazisindəki sabitliyini, həm də Azərbaycan arzulayır", - deyə, o qeyd edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.