Şou-biznes

Gülşənə qoyulan bu qadağa ləğv edildi

27 Oktyabr 2022 18:12
Baxış: 714
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ev dustaqlığına buraxılan müğənni Gülşən Çolakoğlu barədə yeni qərar verilib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bir neçə gün öncə məhkəməsi baş tutan sənətçinin polisə gedərək hər gün imza atması barədə qəbul edilən qərar ləğv olunsa da, xarici çıxmasına qoyulan qadağa qüvvədə qalmışdı.

Gülşənin vəkilinin qərara etiraz etməsi nəticəsində sənətçinin xaricə çıxması qadağası 250 min lirə güvən ödənişiylə ləğv olunub.

Qeyd edək ki, Gülşən konsertlərindən birində dediyi "İmam Hatipdə oxuyub, əxlaqsızlığı oradan gəlir" sözlərinə görə həbs olunub. Onun bu ifadəsi həmin liseydə oxuyanları və məzunları, eləcə də dindarları qəzəbləndirib. Həbs olunan Gülşən məhkəmədə həbs olunmadan mühakimə olunmaq istədiyini bildirmişdi  Daha sonra sənətçi ev həbsinə buraxılmışdı.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.