Şou-biznes

Azərbaycanlı bloger Soçidə “Krasa Rossii”ni seçdi - VİDEO - FOTO

25 Oktyabr 2022 20:12
Baxış: 1 170
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiyada məşhurlaşan azərbaycanlı video bloger Hüseyn Həsənov Soçiyə yollanıb.

Milli.Az bizim media-ya istinadən xəbər verir ki, blogerin səfərinin məqsədi 51 gözəl qızın içində "Krasa Rossii"ni seçməsidir.

Münsif heyətinin üzvlərindən biri olan Hüseyn bildirib ki, yarımfinalda 51 qızın içindən "Top-20" finala vəsiqə qazanacaq. Bu gün baş tutacaq finalda isə "Top-20" gözəlin içindən bir xanım model "Krasa Rossii" tituluna layiq görüləcək.

Qızların gözəlliyindən ağlını itirdiyini söyləyən Həsənov dırnaqlarına fransız manikürü edən modellərə əlavə xal verməklə onların "Top-20"yə düşməsini asanlaşdırıb.

Müsabiqə zamanı bir neçə model blogeri hədiyyə yağışına tutub. Daha sonra Həsənov onlarla xatirə fotosu çəkdirib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.